AZ

COP27 Prezidenti: Dünya hələ də iqtisadiyyatın hərəkətverici qüvvəsi kimi fosil yanacaqlardan asılıdır

BAKI, 13 mart. TELEQRAF

Ən yaxşı niyyətlərimizə və bərpa olunan enerjinin iqtisadi dəyərinə fokuslanmağımıza baxmayaraq, dünya hələ də iqtisadiyyatın hərəkətverici qüvvəsi kimi fosil yanacaqlardan kifayət qədər asılıdır.

Teleqraf xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri və COP27-nin Prezidenti XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) prosesinin universal olması təsəllivericidir, çünki o, keçmiş dövrün çağırışlarına, pandemiya, iqtisadi durğunluq, mövcud qütbləşmə və parçalanma kimi hallara tab gətirib.

O, iqlim dəyişikliklərinin qlobal çağırışına cavab vermək üçün ən effektiv proses olaraq qalır.

İqlim dəyişikliyinin təsirlərini həm azaltmaq, həm də onıara adaptasiya olmaq sahələrində daha böyük səyləri mümkün etmək üçün maliyyə resurslarının mövcudluğu vacibdir. Bu iki sahə arasında bərabərlik olmalıdır, baxmayaraq ki, mövcud vəziyyət fərqlidir, və biz yenə də qlobal şimal və qlobal cənub arasında mövcud olan cari ayrı-seçkiliyi tanıyırıq.

Bərpa olunan enerjiyə keçidin potensial iqtisadi dəyəri daha çox tanınır və bu, iqtisadi tərəqqinin gələcək istiqamətidir”.

Seçilən
45
teleqraf.com

1Mənbələr