ain.az, Axsham.az saytına istinadən bildirir.
Aktyor Sərxan Kərəmoğlu fəaliyyəti dayandırılmış ANS telekanalı və “Bakı film” haqda iddialar irəli sürüb.
Axşam.az xəbər verir ki, o, "Öz aramızda" proqramında "Acılar bitməz" filmi zamanı yaşanan qalmaqaldan danışıb. Sərxan bildirib ki, film zamanı pullar ödənilməyib:
"Biz işlədib pulunu verməməyi sevirik. Orada böyük aktyorlar çəkilib. Vəfa Zeynalovanın anasını evinə xərc qoyuldu, çatışmayanlar düzəldildi. Nələr etdik. Amma baxdım ki, 2 aydır buradayıq, kirayə pulu verilmir. Gülnar Salmanova kimi xəstə qadının evində 1 ay çəkiliş etdik. 100 manatlıq işıq istifadə olundu. Biz onun evinin, işığın pulunu vermədik. ANS kanalı və "Bakı film" şirkəti pulu götürdü və heç kimə vermədi. Vaqif adlı prodüser var idi, nə qədər haqq yeyildi".
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.