AZ

Anar Bağırov: Andiçmədən sonra vəkillərin sayı artacaq VİDEO

Bakı, 13 mart, AZƏRTAC

2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub.

AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın üzvlərinin andiçmə və təltifetmə mərasimində çıxış edərkən deyib.

Bildirib ki, bugünkü tədbirə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da andiçmə mərasimindən sonra ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatacaq: “Yeni qəbul olunan namizədlərdən 35-i kişi, 15-i isə qadındır. Onlardan 6-sı regionlarda, 44-ü isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir".

Müxbir- Günel Türksoy

Foto- İlqar Cəfərov

Seçilən
2
3
azertag.az

4Mənbələr