AZ

Azərbaycanda orta aylıq əməkhaqqı 4%-ə yaxın artıb

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda muzdla çalışan işçilərinorta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən3,8 faiz artaraq 1 103,8 manat təşkil edib.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışanişçilərin sayı 1782,0 min nəfər olub, onlardan 861,4 min nəfəridövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorundafəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinintəmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyəsəhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,2faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizinəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texnikifəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kəndtəsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olublar.

Seçilən
9
19
az.trend.az

10Mənbələr