AZ

Əli Əhmədov: Əhalinin rifah səviyyəsinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb

BAKI, 13 mart. TELEQRAF

2025-ci ildə Azərbaycan hökumətinin apardığı siyasət nəticəsində əhalinin rifah səviyyəsinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.

Teleqraf xəbər verir ki, bunu deputat parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, indiki qlobal qeyri-müəyyənlik və qiymət artımı fonunda əmək haqları və pensiyaların artırılması, həmçinin iqtisadi sabitliyin qorunması heç də asan iş deyil.

Deputatın sözlərinə görə, hökumətin əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü əsas işlərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləridir.

Seçilən
40
teleqraf.com

1Mənbələr