AZ

Rusiyada Putinə inanırlarmı? -Sorğu

Rusiyada keçirilən son rəy sorğusuna əsasən, ölkə vətəndaşlarının böyük əksəriyyəti prezidentə etimad göstərir.

Vətəninfo.az xəbər verir ki, sorğunun nəticələri İctimai Rəy Fondu (FOM)nun rəsmi saytında dərc olunub. Məlumata görə, Rusiya prezidenti Vladimir Putinə respondentlərin 77 faizi etibar etdiyini bildirib. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 1 faiz bəndi artıb.

Sorğuda iştirak edənlərin 12 faizi prezidentə etimad göstərmədiyini deyib, 11 faizi isə suala cavab verməkdə çətinlik çəkib.

Eyni zamanda, Putinin dövlət başçısı kimi fəaliyyətinin bəyənilmə səviyyəsi də 77 faiz olaraq dəyişməz qalıb. Respondentlərin 10 faizi onun fəaliyyətini bəyənmədiyini bildirib, 13 faizi isə mövqe bildirməyib.

Bundan başqa, 2025-ci ilin dekabrında Politico jurnalı Putini Avropanın ən nüfuzlu beş şəxsi sırasında göstərib. Nəşrin müəllifləri qeyd edib ki, Rusiya liderinin qərarları artıq Vaşinqtonun himayəsi olmadan fəaliyyət göstərməyə çalışan Avropa liderlərinə ciddi təsir göstərir.

Qeyd olunur ki, Vladimir Putin 2025-ci ildə Fransa mediasında ən çox adı çəkilən beş şəxs arasında da yer alıb.

Seçilən
55
veteninfo.az

1Mənbələr