AZ

Zafer Ergin xəstəxanadan evə buraxıldı

Məşhur aktyor Zafer Ergin sabah xəstəxanadan evə buraxılacaq.

Kulis.az xəbər verir ki, 83 yaşlı aktyor həftənin əvvəlində çəkiliş meydançasında özünü pis hiss etdikdən sonra Şişlidə yerləşən özəl xəstəxanaya aparılmışdı.

Müayinələr zamanı onun qanında infeksiya göstəricilərinin yüksək olduğu müəyyən edilmiş və həkimlər hospitalizasiya qərarı vermişdi.

Antibiotik müalicəsindən sonra səhhəti yaxşılaşan aktyorun sabah xəstəxanadan buraxılacağı bildirilib. Zafer Ergin həftəsonu evdə istirahət etdikdən sonra gələn həftədən yenidən serialın çəkilişlərinə qayıtmağı planlaşdırır.

Qeyd edək ki, aktyor "Kurtlar Vadisi" serialındakı Karahanlı obrazı ilə tanınır.

Seçilən
9
1
kulis.az

2Mənbələr