AZ

“Barselona” “Çelsi”nin futbolçusu ilə maraqlanır

“Çelsi”nin hücumçusu Pedru Netu karyerasını İspaniyanın "Barselona" klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, kataloniyalılar portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. İspaniya nəhəngi futbolçunun oyununu diqqətlə izləyir və yayda hücumun cinahlarını gücləndirmək zəruri olarsa, onun transferini nəzərdən keçirə bilərlər.  Klubun skautları Netu haqqında “son dərəcə müsbət” hesabatlar əldə edib.

Futbolçunun agenti Jorje Mendes isə “Barselona”nın idman direktoru Deku və klub rəhbərliyi ilə aktiv əlaqə saxlayır. Hələlik konkret danışıqlar aparılmasa da, La Liqanın nəhəngi oyunçunu izləməyə davam edir.

Pedru Netunun qiyməti portala görə 60 milyon avrodur. 26 yaşlı futbolçunun “Çelsi” ilə mövcud müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub.  

Seçilən
65
90deqiqe.az

1Mənbələr