Bakı, 13 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşları üçün əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş standartlara dair onlayn təlim təşkil olunub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, “Termal mühitin erqonomikası – termal iş şəraitində stres və narahatlığın qarşısının alınması üçün risklərin qiymətləndirilməsi strategiyası” mövzusuna həsr olunmuş təlimin məqsədi əməyin mühafizəsi sahəsində qəbul edilmiş yeni standartlarla bağlı əməkdaşların məlumatlılıq səviyyəsini artırmaq olub.
Təlim çərçivəsində iştirakçılara termal iş şəraitində yaranan risklərin qiymətləndirilməsi, iş mühitində istilik stresinin və narahatlığın qarşısının alınması üsulları barədə ətraflı məlumat verilib.
Təlim interaktiv formatda təşkil olunub, iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayaraq fikir mübadiləsi aparıblar.