AZ

Azərbaycan vətəndaşları Türkiyədən 60 mənzil alıblar

BAKI, 13 mart. TELEQRAF

Bu ilin fevralında Azərbaycan vətəndaşları Türkiyədən 60 mənzil alıblar. Yanvar ayında bu rəqəm 54 olub.

Bu barədə Teleqraf Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Statistik gösrəticilərə görə, fevralda ən çox mənzil satışı Rusiya Federasiyası (191), İran (131) və İraq (106) vətəndaşlarına olub.

Xarici vətəndaşlara mənzil satışı əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,9% azalaraq 1506-ya düşüb.

Fevralda xarici vətəndaşlara mənzil satışı ümumi mənzil satışının 1,2%-ni təşkil edib. Yanvar-fevral dövründə xarici vətəndaşlara mənzil satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1% azalaraq 2812-yə düşüb.

Seçilən
13
teleqraf.com

1Mənbələr