AZ

Türkiyə iqlim gündəliyini gücləndirməyi planlaşdırır - Murat Kurum

Bakı. Trend:

COP31 iqlim konfransı Türkiyədə keçiriləcək və tədbirə Antalyaşəhəri ev sahibliyi edəcək. Bu gün Bakıda keçirilən forumçərçivəsində əvvəlki COP sammitlərinin rəhbərləri və nümayəndələriilə görüş keçirdik. Görüş zamanı görülən işlər və gələcək planlarmüzakirə olundu.

Trend xəbərverir ki, bunu bu gün “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal BakıForumu çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlimdəyişikliyi naziri və COP31-in təyin olunmuş prezidenti Murat Kurumjurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda uğurla təşkil olunan COPprosesi və Braziliyada keçiriləcək COP30 çərçivəsində əldə olunannəticələr gələcək mərhələdə daha da inkişaf etdirilə bilər:

"Məqsəd bu günədək qəbul olunmuş COP qərarlarının daha dagücləndirilməsi və onların praktik nəticələrə çevrilməsidir. Əsasməqsədimiz isə yalnız qərarlar qəbul etmək deyil, konkret addımlarataraq fəaliyyətə keçməkdir. Bu çərçivədə inklüziv və çoxtərəfliCOP rəhbərliyi həyata keçiriləcək və heç kimin diqqətdən kənardaqalmadığı bir proses bütün dünyaya nümayiş etdiriləcək. DünənBeynəlxalq Enerji Agentliyinin rəhbəri ilə də görüş keçirilib.Görüşdə əsas məqsəd dünya ölkələrinin özünü təmin edən enerjisiyasətini formalaşdırmasının vacibliyi oldu. Hazırda dünyadayaşanan bir çox böhranların əsas səbəblərindən biri məhz enerjiməsələsidir. İqlim dəyişikliyinə təsir edən emissiyaların təxminən70 faizinin enerji mənbələrindən qaynaqlanır.

Bu səbəbdən hər bir ölkənin öz xüsusiyyətlərinə uyğun enerjisiyasəti formalaşdırmasının vacibdir. Xüsusilə bərpa olunan enerjisahəsində addımların atılması vacibdir. Dünyada təxminən 700milyona yaxın insanın elektrik enerjisinə çıxışının olmadığı nəzərəalsaq, həmin bölgələrdə yaşayan insanların fərqli ehtiyac vəgözləntilərinin nəzərə alınmasının nə qədər vacib olduğunuvurğulaya bilərik".

O qeyd edib ki, COP31 prosesi çərçivəsində müzakirələr buistiqamətdə davam etdiriləcək.

"Hazırlanan fəaliyyət gündəliyində gənclərin iştirakınınartırılması, iqlimə davamlı şəhərlərin formalaşdırılması kimiməsələlər əsas yer tutur.

Qarşıdakı dövrdə uğurlu bir proses həyata keçiriləcəyinəinanırıq və ortaq evimiz olan dünyaya mühüm mesajlar verməyiplanlayırıq. Həmçinin Türkiyənin birinci xanımı Emine Ərdoğan iləbirlikdə həyata keçirilən “Sıfır Atık” (Zero Waste) layihəsinindaha geniş şəkildə bütün dünyada yayılması planlaşdırılır", - oqeyd edib.

Seçilən
22
1
az.trend.az

2Mənbələr