"Latsio"nun baş məşqçisi Mauritsio Sarri postunu vaxtından əvvəl tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən Nikolo Skira yayıb.
Məlumata görə, sözügedən mütəxəssisin Roma klubunun rəhbərliyi ilə münasibətləri korlanıb. Mənbə Sarrinin paytaxt təmsilçisi ilə müqaviləsinin 2028-ci ilin yayına qədər nəzərdə tutulmasına baxmayaraq, onun cari mövsümün sonunda vəzifəsindən ayrılmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
28 oyuna 37 xal toplayan "Latsio" İtaliya A Seriyasının turnir cədvəlində 10-cu pillədə mövqe tutub. Lider "İnter"in isə 67 xalı var.
Toğrul