AZ

İstifadəsiz torpaqlar dövlətə qaytarılsın - TƏKLİF

Astara rayonunda 30 ildir istifadəsiz qalan torpaqların dövlətə qaytarılmasını təklif edib.

News365.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, 1996-cı ildə həyata keçirilən aqrar islahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4954 ailə arasında bölüşdürülüb.

"Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri də odur ki, 1-5 sot torpaq alan ailəyə bu torpaq elə bir şəkildə kəsilib verilib ki, bu torpağı istifadə etmək faktiki olaraq qeyri-mümkündür".

O qeyd edib ki, Lerik və Astara rayonlarının böyük turizm potensialı var və bu potensial əsas etibarilə bu rayonların meşə fondu ərazilərində yerləşir. Hazırda meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsi dayandırılıb.

“Bu da bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır və bölgənin böyük turizm potensialının reallaşmasına imkan vermir. İndiyədək bu bölgədə fəaliyyət göstərən turizm obyektləri əhalinin məşğulluğunun təmin edilməsinə və ölkə iqtisadiyyatına mühüm töhfələr verib. Bunu nəzərə almağınızı və bölgədə turizm sahəsinə yeni investisiyaların cəlb edilməsi üçün meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsini təmin etməyi xahiş edirəm”.

“30-50 sm və ya 1 metr enində və 100-150-200 metr uzunluğunda velosiped zolaqları şəklində verilən bu torpaq sahələrindən kəndli faktiki olaraq istifadə edə bilmir. Bu, mümkün də deyil. Bu torpaqların hansısa bir sahibkar tərəfindən satın alınması da mümkün olmayıb. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb”.

V. Qafarov qeyd edib ki, bu torpaqların səmərəli istifadə olunması və əkin dövriyyəsinə qaytarılmasından ötrü onlar dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınaraq dövlət mülkiyyətinə qaytarılsın və sahibkarlara icarəyə verilsin. Bu addımla 30 ildir istifadəsiz qalan həmin torpaqlar əkin dövriyyəsinə qaytarıla bilər və ölkəyə fayda təmin edilə bilər.

“Təmsil etdiyim Lerik rayonunda mövcud olan 3 Ailə Sağlamlıq Mərkəzi, 39 tibb məntəqəsi və 22 həkim məntəqəsindən cəmi 2-si yeni tikilən binalardır. Digərləri isə demək olar ki, hamısı istismar müddətləri başa çatmış binalardır və qəzalı vəziyyətdədirlər. Astara rayonunun Kakalos kənd tibb məntəqəsi də eyni vəziyyətdədir. Həmçinin, Lerik rayonunda nəinki idman kompleksi, ümumiyyətlə hansısa bir idman mərkəzinin olmaması, Lerik şəhər stadionunun da istifadəyə yararsız halda olması qəbullarda vətəndaşlar tərəfindən mütəmadi olaraq qaldırılan məsələlər sırasında yer alır” – o bildirib.

Seçilən
12
1
news365.az

2Mənbələr