AZ

AYİB Orta dəhlizin inkişafı üçün Bosfor boğazı üzərindən dəmiryolu xəttinin tikintisinə kredit ayırmağı nəzərdən keçirir

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə Bosforboğazı vasitəsilə ölkənin Asiya və Avropa hissələrinibirləşdirəcək, uzunluğu 127 km olan yeni dəmir yolu xəttinintikintisi üçün 500 milyon avroya qədər suveren kredit ayırmaqimkanını nəzərdən keçirir. Bu xətt beynəlxalq nəqliyyatdəhlizlərini, o cümlədən Orta Dəhlizi gücləndirəcək.

Trend bu barədəAYİB-ə istinadən xəbər verir.

Bildirilib ki, planlaşdırılan dəmir yolu xətti Asiya tərəfindəyerləşən Çayırova stansiyasından başlayaraq Avropa tərəfindəyerləşən Çatalca stansiyasında başa çatacaq. Xətt Bosfor boğazınıonun şimal hissəsində yerləşən və Üçüncü körpü kimi də tanınanYavuz Sultan Səlim körpüsü üzərində dəmir yolu üçün əvvəlcədənnəzərdə tutulmuş sahə vasitəsilə keçəcək. Xətt iki yollu,elektrikləşdirilmiş, tam siqnallaşdırılmış olacaq və həm sərnişin,həm də yük daşımaları üçün nəzərdə tutulub.

Məlumata görə, layihə İstanbuldan keçən üç beynəlxalq dəmir yoluticarət dəhlizi üçün çatışmayan həlqəni təmin edəcək:

- Çin və Mərkəzi Asiyanı dəmir yolu və dəniz daşımalarıvasitəsilə Avropa ilə birləşdirən marşrut - Transxəzər Orta Dəhlizi;

- “İraqın İnkişaf Yolu” dəhlizi – Asiyanı Yaxın Şərq və Türkiyəvasitəsilə dəmir yolu ilə Avropa İttifaqı ilə birləşdirməli olanmarşrut;

- Türkiyə–Aİ dəhlizi – Türkiyənin beynəlxalq ticarətinin üçdəbirinin payına düşən marşrut.

“Layihə Türkiyənin milli logistika şəbəkəsinin dayanıqlığını,səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa, dəmir yolu iləyük daşımalarının ötürmə qabiliyyətini və dəmir yolu nəqliyyatınınpayını əhəmiyyətli dərəcədə artırmağa yönəlib. Eyni zamandalogistika xidmətləri sahəsində özəl sektor investisiyalarının cəlbolunması və innovasiyaların inkişafı üçün şərait yaradacaq. Bundanəlavə, Avropa tərəfində yerləşən İstanbul Hava Limanı (IST) vəAsiya tərəfində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanı (SAW)dəmir yolu şəbəkəsinə qoşulmaqla onların nəqliyyat əlçatanlığınıartıracaq.

Layihənin ümumi dəyəri təxminən 7,8 milyard avroqiymətləndirilir. Layihə Dünya Bankı, Asiya İnfrastrukturİnvestisiya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və OPECBeynəlxalq İnkişaf Fondu tərəfindən birgə maliyyələşdiriləcək”, –bankın məlumatında deyilir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Seçilən
69
az.trend.az

1Mənbələr