AZ

Mayda 14 gün iş OLMAYACAQ

May ayında həftə sonları da daxil olmaqla 14 gün qeyri-iş günü olacaq.
 
Moderator.az Operativ Media-ya istinadən xəbər verir ki, 9 May - faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyinə görə, mayın 11-i də qeyri-iş günü olacaq.
 
Bu il Azərbaycanda Qurban Bayramı 27-28 may tarixlərinə təsadüf edəcək. Həmçinin 28 May - Müstəqillik Günü də qeyri-iş günü olduğuna görə, 29 may tarixində də iş olmayacaq.
 
Bununla da, 9, 10, 11 may və 27, 28, 29, 30, 31 may tarixlərində ardıcıl qeyri-iş günləri olacaq.
 
Beləliklə, həftə sonları da daxil olmaqla may ayında 14 gün qeyri iş günü olacaq.
 
Seçilən
56
31
moderator.az

10Mənbələr