AZ

Qar yağacaq, külək əsəcək - Rayonların havası

Martın 14-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti təşkil edəcək. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında isə əksər yerlərdə əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılar, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə əsasən yağmursuz olacaq. Səhər bəzi dağlıq ərazilərdə, axşam isə bəzi yerlərdə yağıntı və qar gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı və dolu düşmə ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Şərqi Zəngəzur rayonlarında – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda əsasən yağmursuz hava hökm sürəcək. Lakin dağlıq ərazilərdə yağıntı və qar gözlənilir, ayrı-ayrı yerlərdə şimşək çaxması və dolu düşmə ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 4-9° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə fasilələrlə yağıntı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxması və dolu düşmə ehtimalı var. Gündüz yağıntılarda fasilə olacaq. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba və Xaçmaz, Qusarda əsasən yağmursuz olacaq. Səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntı və qar gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxması və dolu düşmə ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada əsasən yağmursuz olacaq, lakin səhər bəzi qərb rayonlarda yağıntı gözlənilir. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda əsasən yağmursuz hava şəraiti gözlənilir. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-2° isti, gündüz 3-7° isti olacaq.


Telegram kanalımız
Seçilən
62
49
yenisabah.az

10Mənbələr