AZ

Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın yeni hədəfləri müəyyənləşir

Bakı. Trend:

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər sonillərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəmqoyub. Bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti AntonioKoştanın ölkəmizə rəsmi səfəri və Azərbaycan Prezidenti İlhamƏliyevlə keçirdiyi görüşlər əlaqələrin yüksək səviyyəsini və yenimərhələdə inkişafını nümayiş etdirən mühüm siyasi hadisədir.

Səfər çərçivəsində keçirilən görüşlər, mətbuata bəyanatla edilənçıxışlar tərəflərin strateji tərəfdaşlığı dərinləşdirmək niyyətinibir daha təsdiq etdi. Xüsusən Prezident İlham Əliyevin Aİ ŞurasınınPrezidenti Antonio Koşta ilə birgə mətbuat konfransındasəsləndirdiyi bəyanatlar Bakı və Brüssel arasındakı münasibətlərinhazırkı yüksək səviyyəsini və gələcək inkişaf perspektivləriniözündə ehtiva edən strateji mesaj xarakteri daşıdı. AvropaKomissiyasının üzvlərinin ötən il və bu il dəfələrlə Azərbaycanasəfər etdiyini xatırladan dövlətimizin başçısı Aİ ilə müxtəlifsəviyyələrdə tərəfdaşlığın fəal mərhələsində olduğumuzubildirdi:

“Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördümki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropaİttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur,lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün birnömrəli ticari tərəfdaşdır”.

Prezident İlham Əliyevin diqqət çəkdiyi kimi cari ilin yanvarayında ticarət dövriyyəsinin 50 faizinin Aİ-nin payına düşməsimühüm göstəricidir. Bu, Azərbaycanın xarici ticarətində Aİ-nindominant mövqeyini rəsmiləşdirir. Dövlət başçısının “sərmayələr ikiistiqamətdə yatırılacaq” vurğusu əməkdaşlığın ticarət çərçivəsi iləməhdudlaşmadığını və qarşılıqlı kapital qoyuluşu müstəvisinəkeçdiyini göstərir. Azərbaycan şirkətlərinin Avropa bazarlarınayatırımı isə ölkəmizin regionun ən böyük investorlarından birinəçevrilməkdə olduğunu nümayiş etdirir.

Əlbəttə ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqAzərbaycan-Aİ münasibətlərinin əsas sütunu kimi xarakterizə olunur.Təsadüfi deyil ki, A.Koştanın səfər proqramında əsas müzakirəmövzularından biri enerji əməkdaşlığı ilə bağlı oldu. AzərbaycanlaAİ arasında uzun illərə söykənən enerji əməkdaşlığı formalaşıb.Respublikamızın təşəbbüsü ilə ərsəyə gətirilən Cənub Qaz DəhliziXəzərdən hasil edilən təbii qazı Avropaya çatdırır. 2022-ci iliniyul ayında Bakıda imzalanan “Azərbaycan Respublikası ilə AvropaKomissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasındaenerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”isə tərəflər arasında enerji əməkdaşlığını yeni mərhələyəyüksəldib. Avropa üçün enerji mənbələrinin şaxələndirilməsininstrateji prioritet olaraq qaldığını nəzərə alsaq, bu prosesdəAzərbaycanın rolu getdikcə artacaq. Çünki Prezident İlham Əliyevinqeyd etdiyi kimi növbəti illərdə Azərbaycanın bugünkü həcmləmüqayisədə minimum 10 milyard kubmetr əlavə qazı olacaq:

“Bizim üçün Avropa bazarı artım potensialına malik ümumiqaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, bizCənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik vəbu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir.Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu ilqaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqdahasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üçil ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkühəcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımızolacaq”.

Prezident İlham Əliyevin bu fikri Azərbaycanın qlobal enerjixəritəsindəki yerini və Avropanın enerji təhlükəsizliyiarxitekturasındakı mərkəzi rolunu konkret faktlarla təsdiqləyir.Göründüyü kimi Azərbaycanın 10-u Aİ üzvü olmaqla ümumilikdə 16ölkəyə qaz ixrac etməsi respublikamızın hər zaman bəyan etdiyişaxələndirmə prinsipi kağız üzərində qalmayaraq, enerjitəchizatının coğrafiyasının genişlənməsində özünü göstərir. Eynizamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi boru kəməri iləqaz təchizatında Azərbaycanın dünyada liderlər sırasında olmasıölkəmizin logistik etibarlılığının təzahürüdür. Dövlət başçısının10 milyard kubmetr əlavə qaz hasilatı ilə bağlı sözləri isə həmAvropa, həm də regional tərəfdaşlar üçün strateji mesajdır. Yeniyataqların istismara verilməsi Azərbaycanın ixrac imkanlarınıgenişləndirməklə yanaşı, Avropa bazarına olan öhdəliklərini daha dagücləndirir. Ümumilikdə isə respublikamız Avropa bazarına çıxışimkanlarını genişləndirməklə həm də özünün iqtisadi maraqlarınıuğurla realizə edir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol,sadəcə, qaz ixracı ilə deyil, həm də gələcəkdə bərpaolunan enerjilayihələri ilə daha da şaxələnəcək.

Aİ Şurasının Prezidenti Antonio Koştanın respublikamıza səfərizamanı əsas müzakirə mövzularından biri nəqliyyat dəhlizlərinininkişafı ilə bağlı oldu. A.Koştanın Bakıda mətbuata bəyanatlaçıxışı zamanı səsləndirdiyi “Daşımalar biziməməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta Dəhlizin inkişafıyeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvandəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsbedəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığınıgücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra vəiqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik” fikritəsdiq edir ki, Aİ Azərbaycanın Orta Dəhlizin imkanlarının inkişafetdirilməsi ilə bağlı aparıcı mövqeyini düzgün qiymətləndirir və buistiqamətdəki strateji məqsədlərinin reallaşmasında ölkəmizi özününmühüm tərəfdaşı kimi qəbul edir.

Bakıda aparılan danışıqlarda Prezident İlham Əliyev və AntonioKoşta regionda baş verən son müsbət hadisələri, xüsusilə dəAzərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişialqışlayıblar, 2025-ci il 8 avqust tarixli Vaşinqton ZirvəGörüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasındamünasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakıaddımlar yüksək qiymətləndiriblər. «Vaşinqton razılaşmaları sizindialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı burazılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizinyanınızdadır» - deyən Aİ Şurasının Prezidentinin bu sözlərigöstərir ki, Aİ Azərbaycanın regionda yaratdığı yeni reallıqlarıartıq tam qəbul edir. Brüsselin Azərbaycanın sülh və əməkdaşlıqtəşəbbüslərinə göstərdiyi həmrəylik həm də münasibətlərin yalnıziqtisadi deyil, eyni zamanda siyasi müstəvidə uğurla inkişafetdiyini təsdiqləyir.

Bütövlükdə, Avropa İttifaqı Şurasının Prezidenti AntonioKoştanın Azərbaycana səfəri göstərdi ki, Azərbaycan və Avropaİttifaqı arasında tərəfdaşlığın yeni hədəfləri müəyyənləşir. Busəfərin əsas nəticələrindən biri də budur ki, Aİ Azərbaycanı CənubiQafqazda əsas tərəfdaşı kimi qəbul edir. Antonio KoştanınAzərbaycana səfəri həm də beynəlxalq siyasi ab-havanın son dərəcəmürəkkəbləşdiyi bir dövrə təsadüf edir. Belə şəraitdə Aİ-ninAzərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi maraqgöstərməsi ölkəmizin beynəlxalq müstəvidəki aparıcı rolunu vəmövqeyini bir daha nümayiş etdirir. Ümumilikdə isə Aİ və Azərbaycanarasında intensiv təmaslar qarşılıqlı etimadın möhkəmləndirilməsinəvə uzunmüddətli strateji əməkdaşlığın daha da dərinləşdirilməsinəyol açır.

Seçilən
29
3
az.trend.az

4Mənbələr