AZ

Deputatdan FHN-in xüsusi sığınacağındakı bağça ilə bağlı müraciət

Milli Məclisdə hökumətin illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat Asif Əsgərov bildirib ki, hökumətin fəaliyyəti barədə hesabatı, Azərbaycanın daha qüdrətli və iqtisadi baxımdan tam suveren dövlət modelinə keçidinin uğurlu mənzərəsini yaradır:

“Bu nailiyyətlərin əsas təməli xalqımızı bir yumruq kimi birləşdirən, hər bir iqtisadi və siyasi addımı milli maraqlarımızın zirvəsinə hesablayan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyidir. Cənab Prezidentin rəhbərliyi ilə 2025-ci il ölkəmiz üçün həm beynəlxalq nüfuzun möhkəmlənməsi, həm də azad olunmuş torpaqlarımızın iqtisadi inteqrasiyası baxımından növbəti bir Zəfər mərhələsi olub. Hesabatda öz əksini tapan yüksək göstəricilər və şaxələndirilmiş inkişaf dinamikası ölkə rəhbərinin müəyyən etdiyi strateji yol xəritəsinin hökumət tərəfindən böyük məsuliyyət və peşəkarlıqla icra olunmasının nəticəsidir”.


Picture

Musavat.com bildirir ki, hesabatın bir neçə konseptual və strateji istiqamətinə toxunan deputat bunları əlavə edib:

“İlk olaraq diqqətinizi - milli təhlükəsizlik və müdafiə sahəsinə yönəltmək istəyirəm. 2025-ci ilin hesabatında müdafiə xərclərinin səmərəli icrası diqqət çəkir. 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında əldə etdiyimiz şanlı Zəfər 2025-ci ildə həm də iqtisadi müstəvidə qorumuşdur. Ordumuzun ən müasir texnologiyalarla və hərbi sənaye kompleksimizin yeni istehsal sahələri hesabına genişlənməsi bizim qürur mənbəyimizdir. Hərbi qulluqçularımızın sosial təminatının daha da yaxşılaşdırılması istiqamətindəki ardıcıl addımlar hökumətin bu sahəni hər zaman diqqətdə saxladığını göstərir.

Digər məsələ, “Böyük Qayıdış" və iqtisadi yenidənqurmadır. Ötən il azad olunmuş ərazilərdə icra olunan layihələr mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş torpaqlarımızın - Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması bu gün Azərbaycan dövlətinin şərəf işidir. Biz orada sadəcə binalar ucaltmırıq, biz orada yeni həyat, yeni iqtisadi ekosistem yaradırıq. İcra olunan infrastruktur layihələri, "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları, yeni açılan iş yerləri və təhsil ocaqları dövlətimizin iqtisadi qüdrətinin dünyaya nümayişidir. Heç bir kənar donor yardımı olmadan bu miqyasda quruculuq işləri aparmaq hər dövlətin gücü daxilində deyil”.

A.Əsgərov daha sonra hökumətin diqqətini seçicilərinin problemlərinə çəkib:

“İnanıram ki, cari büdcə ilində Zaqatala sakinləri üçün həyati əhəmiyyət kəsb edən qazlaşdırma prosesi, Kəpənəkçi kəndində qəzalı vəziyyətdə olan orta məktəbin tikintisi, Aşağı Tala kəndində Fövqəladə Hallar Nazirliyinin xüsusi sığınacağında yerləşən uşaq bağçasının inşası kimi məsələlər də öz müsbət həllini tapacaq”.

E.Paşasoy,
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr