Bakı. Trend:
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindənmənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlarkeçirilib.
Daxili İşlər nazirliyinin Mətbuat xidmətinin Gəncə regionalqrupundan Trend-ə verilənməlumata görə, tədbirlərlə 2 fərdi yaşayış evindən ümumi dəyəri7750 manat olan müxtəlif növ məişət əşyaları, o cümlədən antikəşyalar və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər dəməhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsindəşəhər ərazisində avtomobillərdən , eləcə də obyektlərdən mobiltelefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev də saxlanılıb.Araşdırmalarla N. Əliyevin ümumilikdə 15-ə yaxın mağaza vəavtomobildən oğurluq etdiyi müəyyən olunub. Həmçinin saxlanılanşəxsdən psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Keçirilən növbəti tədbir zamanı evlərin birindən ümumi dəyəri3000 manat olan müxtəlif növ məişət əşyalarını oğurlamaqda şübhəlibilinən Adil Məmmədov da saxlanılaraq istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı iləsaxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiriseçilib. Araşdırmalar davam etdirilir.