AZ

30 ildir sevgilidirlər

Müğənni Candan Erçetinlə 30 ildən çoxdur sevgili olan aktyor Hakan Karahan illər ərzində münasibətlərinin necə dəyişdiyindən danışıb.

Musavat.com-un xəbərinə görə, aktyor bildirib ki, sevgilərinin uzunmüddətli olmasının səbəbi bir-birlərinə olan heyranlıqlarıdır: 

"30 ildən çoxdur ki, birlikdəyik. Deyə bilərəm ki, ən vacib şey heyranlıqdır. Gənclik illərində bir-birimizə aşiq olmuşuq. Sevgini gənc nəslə buraxmışıq. Sevgi indi sevgiyə, sonra dostluğa və yoldaşlığa çevrilir. Bu 30 ilin kökündə mənim tərəfimdən böyük bir heyranlıq var".

Münasibətlərini gizli saxlayan Karahan sevgilisi üçün etdikləri ilə insanların qəlbini fəth edib: 

"Candan təbiəti, yeməyi, əkini və məhsulu sevir. Lüleburqazda torpaq sahəsi alıb. Dörd otaqlı ferma evi tikib. Toyuqları, qazları və itləri var.

Mən də bitişik sahəni aldım ki, Candan narahat olmasın. Heç kim onu narahat etməsin".

Könül
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr