AZ

ABŞ təyyarəsi İraqda qəzaya uğradı: 4 nəfər öldü

ABŞ-nin "KC-135" tipli yanacaq dolduran təyyarəsinin İraq üzərində qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında məlumat verilib.

"Təyyarədəki altı ekipaj üzvündən dördünün həlak olduğu təsdiqlənib. Xilasetmə işləri davam edir, hadisənin baş vermə səbəbləri araşdırılır", - məlumatda qeyd olunub.

Seçilən
10
aznews.az

1Mənbələr