İraqda ABŞ-a məxsus "KC-135" yanacaq doldurma təyyarəsi qəzaya uğradığı barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 4 ekipaj üzvünün həlak olduğu təsdiqlənib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Hadisənin baş vermə səbəbləri araşdırılır. Lakin hadisə düşmən və ya dost atəşi nəticəsində baş verməyib", - deyə bəyanatda qeyd olunub.