FT yazır ki, sursatların sürətli istehlakı ABŞ Prezidenti Donald Tramp administrasiyasına təzyiqi artırır, çünki münaqişənin xərcləri də getdikcə yüksəlir. Pentaqonun məlumatına görə, döyüşlərin ilk altı günü 11 milyard dollardan çox xərclə başa gəlib və əsas məbləğ sursatlara sərf olunub.
Qəzet qeyd edir ki, yaxın günlərdə hərbi nazirlik əlavə olaraq 50 milyard dollar maliyyə yardımı üçün Ağ Ev və Konqresdən müraciət edə bilər. Əvvəllər isə Pentaqon rəhbəri Piter Hegset ABŞ-ın kifayət qədər sursat ehtiyatına sahib olduğunu və mövcud ehtiyatların hərbi kampaniyanı davam etdirməyə yetərli olduğunu açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31