AZ

Matça doğru: “Sumqayıt”da itki var, “Şamaxı”da üzlər gülür

Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komandada zədəli olan Roi Kehart meydana çıxa bilməyəcək. Sumqayıt klubunda başqa itki yoxdur.

“Şamaxı” isə görüşə tam heyətlə hazırlaşıb. Heyətdə cəzalı və ya zədəli futbolçu yoxdur.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Şamaxı” qarşılaşmasının start fiti 20:30-da səsləndiriləcək. “

Seçilən
63
idmanxeber.az

1Mənbələr