AZ

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfər etməyi planlaşdırır

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfər etməyi planlaşdırır və onun administrasiyası hazırda bu məsələni Azərbaycan tərəfi ilə müzakirə edir.

Bu barədə "Report"a Slovakiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yan Kubiş bildirib.

"Səfər həqiqətən planlaşdırılır, gündəmdədir və hazırda diplomatik kanallar vasitəsilə Azərbaycandakı dostlarımızla bu səfərə hazırlıqla bağlı danışıqlar aparılır", - Kubiş qeyd edib.

Kubiş Pelleqrininin səfərinin məqsədini dəqiqləşdirməsə də, onun Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edə biləcəyini ehtimal edib.

"Bununla bağlı dəqiq məlumat verə bilmərəm. Lakin güman edirəm ki, bu mümkündür, çünki şəhər inkişafı beynəlxalq ictimaiyyət və mənim ölkəm üçün ən mühüm mövzulardan biridir", - prezidentin köməkçisi əlavə edib.

Seçilən
30
far.az

1Mənbələr