AZ

İqlim dəyişikliyi ilə bağlı müzakirələr barədə yenidən düşünmək lazımdır - COP24 prezidenti

Bakı. Trend:

İqlim dəyişikliyi ilə bağlı müzakirələr barədə yenidən düşünməklazımdır.

Trend xəbər verirki, bunu Polşanın keçmiş Ətraf mühit naziri müavini Mixal Kurtıkabu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsindəkeçirilən “Danışıqlardan kənarda: COP-un dayanıqlılığı uğrundamübarizə” adlı panel iclasında bildirib.

Onun sözlərinə görə, 1992-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyası çərçivəsində Tərəflər Konfransı təsisolunarkən, bəşəriyyət ənənəvi ekzistensial təhdidlərin yükü olmadanöz gələcəyini planlaşdıra bilirdi.

“Bu gün vəziyyət tamamilə fərqlidir. COVID var, xəstəliklər var,müharibələr - təkcə biri yox, bir sıra münaqişələr mövcuddur, aclıqvə enerji təhlükəsizliyi ilə bağlı təhdidlər var. İnsanlığınənənəvi problemlərinin bütün elementləri yenidən aktuallaşıb. İqlimdəyişikliyi ilə bağlı müzakirələrə yenidən baxmalı və onları dahabütöv etməliyik, müasir çağırışları da daxil etməliyik. Əks halda,getdikcə daha az effektiv olmaq riski ilə üzləşirik”, - Kurtıkabildirib.

O vurğulayıb ki, yanaşma tam şəkildə yenidən nəzərdənkeçirilməlidir: artıq insanların aclıq çəkməsinə baxmayaraqemissiyaların azaldılması hədəflərinə riayət etməli olduqlarınıdemək və ya neft və qaz hasilatının dayandırılması şərti iləonların təhlükəsiz olmayan şəraitdə yaşamasını qəbul etməkolmaz.

Seçilən
27
1
az.trend.az

2Mənbələr