BAKI, 13 mart. TELEQRAF
Gələn ay Cakartada keçirilməsi planlaşdırılan D-8 Təşkilatının zirvə görüşü İrandakı müharibə səbəbindən təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tri Taryat bildirib.
Diplomat qeyd edib ki, konfransın yeni tarixi üzrə müzakirə olmayıb.
Beynəlxalq tədbirin keçirilməsi 13-15 aprel tarixlərinə planlaşdırılmışdı.
Azərbaycan, Türkiyə, Pakistan, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya və Nigeriyanı birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Cənub-Şərqi Asiyadan Afrikaya qədər uzanan ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün 1997-ci ildə yaradılıb.
Azərbaycan təşkilata 2025-ci ildə qoşulub.