ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda qəzaya uğrayan ABŞ-yə məxsus KC-135 hərbi tanker təyyarəsinin bütün ekipaj üzvünün həlak olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə CENTCOM "X"da məlumat yayıb.
Məlumata görə, hadisə martın 12-də İraqın qərbində baş verib. Təyyarədə altı heyət üzvü olub.
ABŞ Mərkəzi Komandanlığı hadisənin Tehranın hərəkətləri və ya dostcasına atəş nəticəsində baş vermədiyini iddia edir.
Xatırladaq ki, bundan əvvəl IRIB xəbər agentliyi KC-135 təyyarəsinin bütün heyətinin İraqın qərbində müqavimət qruplarına raket zərbəsi nəticəsində həlak olduğunu bildirmişdi.
Gülayə Mecid