AZ

ABŞ ordusu təsdiqlədi: Dörd ekipaj üzvü həlak olub

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İraqda qəzaya uğrayan ABŞ-a məxsus KC-135 hərbi yanacaqdaşıyan təyyarəsinin dörd ekipaj üzvünün həlak olduğunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə komandanlığın X sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

ABŞ ordusunun məlumatına görə, hadisə martın 12-də İraqın qərb bölgəsində baş verib. Təyyarənin göyərtəsində ümumilikdə altı ekipaj üzvü olub.

ABŞ Mərkəzi Komandanlığı bildirir ki, hadisə nə İranın hər hansı fəaliyyəti, nə də dost atəşi nəticəsində baş verib.

Bununla yanaşı, IRIB agentliyi daha əvvəl xəbər vermişdi ki, Qərbi İraq üzərində uçan KC-135 təyyarəsi “müqavimət qrupları”nın raket zərbəsi nəticəsində vurulub və bütün ekipaj üzvləri həlak olub.

Seçilən
11
ikisahil.az

1Mənbələr