AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 215-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 iyul tarixli 447 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 303, № 9, maddə 1090; 2025, № 7, maddə 713, № 9, maddə 858; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 16 yanvar tarixli 18 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” üzrə:

1.1. 2.3.1-ci yarımbəndə “ləğv edilməsi” sözlərindən sonra “, iflas prosesində olması” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 3.1.10-2-ci yarımbənd əlavə edilsin:

“3.1.10-2. qurumun iflas prosesində olması;”;

1.3. 4.10-cu bəndə “LP) qurumun ləğvetmə prosesində olması barədə məlumat;” yarımbəndindən sonra “İP) qurumun iflas prosesində olması barədə məlumat;” yarımbəndi əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin dövlət reyestr kitabı”nın və “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın I hissələrinin 2-ci sütunlarında “LP)” yarımbəndindən sonra aşağıdakı məzmunda ”İP)” yarımbəndi əlavə edilsin:

“İP) qurumun iflas prosesində olması barədə məlumat”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 5 ” “ mart ” 2026-cı il

№ 65

Seçilən
25
xalqqazeti.az

1Mənbələr