
ABŞ Prezidenti Donald Tramp İran xalqının güclü və müqavimət göstərməyə hazır olduğuna inamır.
Missiya.Az "ISNA"ya istinadən xəbər verir ki, İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Laricani bunu Amerika liderinin əsas problemi kimi müəyyən edib.
"Trampın problemi ondadır ki, o, İran xalqının güclü və qətiyyətli olduğunu başa düşmür. ABŞ-nin təzyiqi nə qədər çox olarsa, xalqın iradəsi də bir o qədər güclü olar", - deyə rəsmi qeyd edib.
Qeyd edək ki, daha əvvəl Laricani İran xalqının Trampın İslam Respublikasına hücumları 20 dəfə artırmaqla bağlı təhdidlərini boş hesab etdiyini bildirmişdi.
İlahə Qənbərli
Missiya.Az