AZ

Gürcüstan ATƏT-in "Moskva Mexanizmi" hesabatında: "Arzu" ölkəni Rusiya və Belarusun siyahısına saldı – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcüstan naminə" partiyasının liderlərindən biri, deputat Qiqe Parulava ATƏT-in Gürcüstanla bağlı hazırladığı son hesabatı kəskin tənqid edib. O, "Gürcü Arzusu" hökumətini ölkəni beynəlxalq müstəvidə Rusiya və Belarusla eyni sıraya qoymaqda ittiham edib.

ATƏT-in hesabatında hakim partiya insan hüquqlarını sistemli şəkildə pozmaqda, zorakılıqda, seçki saxtakarlığında və siyasi təqiblərdə rəsmən günahlandırılır. Sənəddə keçmiş baş nazir Giorgi Qaxariyaya qarşı siyasi motivli təqiblər və ona qarşı fiziki hüquq-mühafizə faktları təsdiqini tapıb.

Deputat qeyd edib ki, 2022-ci ildə Rusiya, 2023-cü ildə Belarus üçün işə salınan "Moskva mexanizmi"nin 2026-cı ildə Gürcüstana tətbiqi hakimiyyətin uğursuzluğudur. Parulavanın fikrincə, bu hakimiyyətlə Gürcüstanın Avropa İttifaqına üzvlüyü qeyri-mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr