ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Samux rayonunda sərxoş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon məşğulluq idarəsini gülləyə tutmaqla hədələyib.
Oxu.Az-ın məlumatına görə, rayonun Əhmədbəyli kənd sakini, 1966-cı il təvəllüdlü Ənvər Ağayev (adı və soyadı şərtidir) Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, rayon məşğulluq idarəsini gülləyə tutacağını bildirib. Spirtli içkinin təsiri altında olan şəxs bu məqsədlə odlu silah aldığını da qeyd edib.
Polis əməkdaşları şəxsin yaşadığı ünvana gələrək, onu sakitləşdirmək istəsələr də, həmin şəxs polisə tabe olmadan hərəkətlərinə davam edib.
Polis əməkdaşları Ənvər Ağayevi saxlayaraq barəsində protokol tərtib ediblər və iş məhkəməyə göndərilib. Samux Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağayev səkkiz sutka həbs edilib.
Samir Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.