İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç Niderland yığmasının keçmiş forvardı Marko van Basteni öz kumiri adlandırıb.
90deqiqe.Az xəbər verir ki, "CBS" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Milan”ın keçmiş futbolçularından kimə bənzəməyə çalışırdım? Bu, Marko van Bastendir. “Ayaks”a gələndə məni onunla müqayisə edirdilər, çünki o da vaxtilə Amsterdam klubunda oynayıb. Van Basten əfsanədir. Van Basten, Qullit və Raykard hamısı "Milan"ın tarixinin bir hissəsidir. Van Bastenin karyerası uzun olmadı, amma onun oyunu dünya futbolunun tarixində əbədi qalacaq”
Qeyd edək ki, Marko van Basten tez-tez aldığı zədələr səbəbindən futbolçu karyerasını 28 yaşında başa vurub.