AZ

Şavkat Mirziyoyevin Bakıda Ümumdünya Şəhərsalma Forumunda iştirakı planlaşdırılır FOTO

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirakı planlaşdırılır".

Bunu Oxu.Az-a açıqlamasında Özbəkistan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov deyib.

O, jurnalistlərə açıqlamasında iki ölkə arasındakı münasibətlərdən də bəhs edib:

"Artıq deyə bilərik ki, biz yalnız beş Mərkəzi Asiya dövləti deyilik, birlikdə altı dövlətik. Bu isə çox müsbət haldır. Qardaş Azərbaycanla birlikdə regionda və dünyada baş verən bir çox mühüm proseslərə, problemlərə və məsələlərə dair ortaq yanaşmalarımız var. Fürsətdən istifadə edərək azərbaycanlı qardaşlarımıza səmimi təşəkkürümü bildirmək istəyirəm".

Məlik Məlikov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
oxu.az

1Mənbələr