AZ

Binəli Yıldırım: Avropa ilə Asiya arasında ticarət həcmini ildə 20 milyon tona çatdırmaq mümkündür

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Avropa və Asiya arasında ticarət dövriyyəsində Orta Dəhlizin payı hələ də çox azdır".

Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumunda "Orta Dəhliz və Avrasiya bağlantı qapısı" mövzusunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, Avropaya və tranzit dəhlizlərinə alternativ yollar vasitəsilə güclü nəqliyyat əlaqələri böyük əhəmiyyət daşıyır:

"Hazırda daşımaların təxminən 90%-i dəniz yolu ilə həyata keçirilir. Alternativlər isə Orta və Şimal-Cənub dəhlizləridir.

Avropa ilə Asiya arasında ticarətin həcmi təxminən üç milyard dollar təşkil edir ki, bu da çox böyük ticarət dövriyyəsidir. Buna baxmayaraq, Orta Dəhlizin payı hələ də çox kiçikdir. Bir neçə il əvvəl bu dəhlizlə daşınan yükün həcmi bir milyon tondan az idi, bu gün isə ildə beş milyon tona çatıb. Lakin potensial bundan qat-qat böyükdür. Asanlıqla ildə 20 milyon tona çatmaq mümkündür. Buna nail olmaq üçün müəyyən işlər görməliyik. Dəniz nəqliyyatı təxminən 14-cü əsrdən istifadə olunur. İndi isə zaman pul deməkdir. Buna görə də biz Orta Dəhlizi təşviq etməliyik ki, hər bir ölkə üçün qlobal və regional ticarətin təhlükəsizliyini təmin edə bilək.

Əslində, əvvəlki illərdə biz bu istiqamətdə çox iş görmüşük. Bu təşəbbüsün təşviqində Azərbaycanla birlikdə iş aparmışıq, həmçinin o dövrdə bu prosesdə Gürcüstanın prezidenti iştirak edirdi.

Biz layihənin tikilməsi barədə qərar verdik. Bu dəmiryol layihəsi ilə Anadoludan Xəzər dənizinə qədər olan ərazidə çatışmayan nəqliyyat bağlantısını tamamladıq.

Bu, çox vacib bir layihə idi. Layihənin həyata keçirilməsi üçün 10 ildən çox müzakirələr aparıldı. Hətta layihənin tikilməsindən daha çox vaxt onun müzakirəsinə sərf olundu.

Dayanıqlılıq və enerji təhlükəsizliyi baxımından ikinci mühüm layihədir. Bu layihə də həmin üç ölkə tərəfindən həyata keçirilib.

Hazırda TANAP Avropaya doğru genişlənən bir layihədir və bu layihə enerji təhlükəsizliyini, xüsusilə də qaz təchizatının təhlükəsizliyini təmin edir.

Bu dəhlizin çox böyük üstünlükləri var. Lakin əsas problemlərdən biri dəhlizin keçdiyi ölkələrin sayının çox olmasıdır. Çünki sərhədlərin çoxluğu müxtəlif bürokratik prosedurlar və fərqli qaydalar yaradır. Bu isə həm vaxtın, həm də xərclərin artmasına səbəb olur.

Məhz buna görə də biz bu dəhlizə diqqət yetirmək və dar boğazları müəyyənləşdirərək prosesləri sürətləndirmək, həmçinin səyahət və daşınma vaxtını azaltmaq qərarına gəldik.

Bu prosesin davam etməsi və dəhlizə daha çox imkanların əlavə olunması ilə dəhlizin istifadəsini artırmaq məqsədimizə daha da yaxınlaşacağıq".

Binəli Yıldırım əlavə edib ki, bu dəhliz yalnız nəqliyyat dəhlizi deyil. O, mədəniyyət və sivilizasiya daşıyıcısıdır".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
oxu.az

1Mənbələr