AZ

“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli” layihəsi həyata keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfindən “Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi həyata keçiriləcək.

Publika.az xəbər verir ki, layihə Azərbaycanın zəngin multikultural irsinin, tolerantlıq ənənələrinin və mədəniyyətlərarası dialoq sahəsində formalaşmış təcrübəsinin təşviqinə yönəlib. Təşəbbüs mədəniyyət sahəsində fəaliyyət göstərən mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və gənclərin mədəniyyətlərarası dialoq, multikulturalizm və beynəlxalq mədəni əməkdaşlıq sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verməyi nəzərdə tutur.

Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində mədəniyyət işçiləri, ictimai təşkilatların nümayəndələri və gənclər üçün silsilə təlim proqramları təşkil olunacaq. Təlimlərdə mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, inklüzivlik prinsipləri və multikultural dəyərlərin tətbiqi üzrə həm nəzəri biliklər, həm də praktiki yanaşmalar təqdim ediləcək.

Layihənin ilk mərhələsinin Bakıda, növbəti mərhələsinin isə Gəncə şəhərində iki günlük təlim proqramı formatında keçirilməsi planlaşdırılır.

Seçilən
41
5
publika.az

6Mənbələr