AZ

Müharibə barədə ən pis ssenari

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Milli Təhlükəsizlik Şurası (NSC) rəsmilərinin İsrail ilə birlikdə təşkil etdikləri hücumlara qarşı İranın Hörmüz boğazını bağlamaq qətiyyətini lazımi qədər qiymətləndirmədikləri irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, "CNN"-in adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi xəbərdə, milli təhlükəsizlik rəsmilərinin "ən pis ssenari" olaraq xarakterizə etdikləri İranın Hörmüz boğazını bağlaması ehtimalını planlaşdırma prosesində kifayət qədər nəzərə almadıqları iddia edilib.

Məlumatda yüksək rütbəli təhlükəsizlik rəsmilərinin mövzu ilə bağlı ABŞ Konqresinə təqdim etdikləri brifinqlərdə Hörmüz boğazının bağlanması ehtimalını əvvəlcədən planlaşdırmadıqlarını etiraf etdikləri bildirilib.

ABŞ rəhbərliyinin İranın boğazı bağlamasının öz ölkələri ilə müqayisədə İrana daha çox zərər verəcəyinə inandığına diqqət çəkilən xəbərdə, bu fikri İranın 2025-ci ilin iyununda nüvə obyektlərinə yönələn ABŞ hücumlarından sonra boğazı bağlamaq təhdidini həyata keçirməmiş olmasının gücləndirdiyi iddia edilib.

Xəbərdə həm Respublikaçı, həm də Demokrat rəhbərliklərində vəzifə icra etmiş keçmiş ABŞ rəsmisinin baş verənləri tənqid edərək:

"Bu ssenarinin qarşısını almaq üçün planlaşdırma aparmaq onilliklərdir ABŞ milli təhlükəsizlik siyasətinin təməl prinsiplərindən biri olub. Donub qalmışam", - ifadələrini işlətdiyi vurğulanıb.

İran ABŞ ilə İsrailin ölkəyə hücumlarından sonra Hörmüz boğazını hücumlarla əlaqəsi olan ölkələrə məxsus gəmilərin keçidi üçün bağlamışdı.

Seçilən
37
cebheinfo.az

1Mənbələr