AZ

Unai Emeri Fransadakı qələbədən sonra belə danışdı

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərşivəsində dünən səfərdə "Lill"i 1:0 hesabı ilə məğlub edən "Aston Villa"nın baş məşqçisi Unai Emeri qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"İlk yarıda bərabər səviyyəli mübarizəyə şahidlik etdik. Sonra üstünlük müəyyən qədər bizim tərəfimizə keçdi. Meydanın rəqibə aid hissəsində daha fəal göründük. 

Yeganə qolumuzu vuran Uotkins yaxşı işləyir, verilən tapşırıqları yerinə yetirir. Başqalarının da ondan geri qalmamaları vacibdir. Ən önəmlisi budur ki, qələbə qazandıq. Meydanda oyun planımızı həyata keçirməyə çalışdıq. Bunu görmək xoş idi".

Toğrul

Seçilən
31
fanat.az

1Mənbələr