AZ

Azərbaycan dili fənni üzrə buraxılış imtahanı faciəvi idi PEDAQOQ VİDEO

ain.az, Lent az portalına istinadən məlumat yayır.

"Buraxılış imtahanında Azərbaycan dili fənni çox çətin idi, bu faciədir".

Lent.az xəbər verir ki, bu sözləri APA Tv-də yayımlanan "İmpuls" verilişində pedaqoq Elza Əkbərova deyib.

"Martın 9-da keçirilən buraxılış imtahanını Azərbaycan dili fənninin faciəsi adlandırıram. İmtahan həqiqətən də çətin idi. Məleykə Abbaszadənin müsahibələri, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi abituriyent jurnalı və tədris vəsaitləri ilə 9 mart imtahanı uyğun deyildi. Bu isə şagirdlərin və valideynlərin haqlı narazılığına səbəb oldu".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi imtahan suallarının çətinliyi ilə bağlı iddiaları əsassız adlandırmışdı. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
lent.az

1Mənbələr