AZ

Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər qazanıb? İqtisadçı məbləği açıqladı

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş və həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkə olduğunu bildirib.

Azərbaycan regionda beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsinə ən çox töhfə verən dövlətlərdəndir. Bu, Azərbaycan daxil olmaqla, bölgə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olmaqdadır. Bəs 2025-ci ildə Azərbaycan vasitəsi ilə daşınan yüklərin həcmi necə dəyişib? Yükdaşımalar Azərbaycana nə qədər iqtisadi dividend gətirir?

Prezidentin çıxışını şərh edən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki,

2025-ci ildə Cənub-Qərb dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artım olub. Belə ki, 2024-cü ildə sözügedən dəhliz vasitəsi ilə Azərbaycan üzərindən 394,2 min ton yük daşınmışdırsa, bu göstərici ötən ilin yekunlarında 533.6 min ton olub. Bu Cənub-Qərb dəhlizi vasitəsi ilə daşınan yüklərdə 35 faiz artım deməkdir:

"Azərbaycan Prezidentin çıxışında qeyd etdiyi kimi, ölkəmiz Şərq-Qərb dəhlizi üzrə vacib tərəfdaşlardandır. 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 909 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 173 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 804 min ton olub. Qlobal geosiyasi təhdidlərə baxmayaraq, əvvəlki il ilə müqayisədə 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi stabilliyini qoruyub saxlaya bilər".

İqtisadçının sözlərinə görə, Azərbaycanın yükdaşımalardan əldə etdiyi gəlirdə daha çox paya Şərq-Qərb nəqliyyat dəhlizi malikdir: 324.4 milyon manat. Azərbaycanın yükdaşımadan gəliri Şimal-Cənub nəqliyyat dəhlizi üzrə 128.7 milyon manat, Şimal-Qərb üzrə 113.2 milyon manat və Cənub-Qərb üzrə 190.7 min manat olub.

"Bu o deməkdir, Azərbaycanın nəqliyyat dəhlizləri ilə yükdaşımalardan əldə etdiyi illik gəlir 566.5 milyon manatdır. Göründüyü kimi, beynəlxalq yükdaşımalardan əldə edilən gəlir qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalarda mərhələli şəkildə xüsusi paya malik olmaqdadır", - iqtisadçı vurğulayıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
4
azpolitika.info

6Mənbələr