Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatların 14-cü günündə regionda gərginlik daha da artıb.
İsrail İranın paytaxtı Tehranın mərkəzində yerləşən və kütləvi aksiyaların keçirildiyi ərazilərə hücum edilə biləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, İsrail tərəfi Tehranın mərkəzində kütləvi nümayişlərin başladığı ərazini əhatə edən üç bölgənin boşaldılmasını tələb edib və həmin yerlərə zərbələr endirilə biləcəyini açıqlayıb. Bu xəbərdarlıqdan sonra Tehranda, xüsusilə Qüds günü yürüşünün keçirildiyi əraziyə yaxın yerlərdə partlayış səslərinin eşidildiyi bildirilib.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.