AZ

“Qarabağ” Kipr klubunun üzvü ilə RAZILIĞA GƏLDİ

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

“Qarabağ”ın mövsümün sonunda heyətinə cəlb edəcəyi ilk futbolçu müəyyənləşib. Bizim.Media Kipr mətbuatına istinadən xəbər verir ki, “Omoniya”nın vingeri Jali Muaddibin karyerasını Azərbaycanda davam etdirəcəyi, demək olar ki, dəqiqləşib. Xəbərdə bildirilir ki, 25 yaşlı fransalı sol cinah oyunçusu artıq “Qarabağ”la hərtərəfli anlaşıb.

 

Hətta tərəflərin üçillik ilkin müqavilə imzaladıqları da vurğulanıb. Muaddib Azərbaycan çempionuna azad agent kimi keçəcək. Çünki onun “Omoniya” ilə müqavilə müddəti mövsümün sonunda bitəcək. “Qarabağ” Muaddibi həmyerlisi Abdullah Zubirə layiqli əvəzləyici kimi görür. 

Qeyd edək ki, Jali Muaddib 2019-cu ildə Fransanın U-19 yığmasının heyətində 3 oyun keçirib, 1 qol vurub.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
4
bizim.media

5Mənbələr