AZ

Moskvanın MDB xiffəti – Peskovun gileyini necə OXUMALI?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın MDB ölkələrində informasiya-təbliğat işi “düşmən sosial şəbəkələrin”dominantlığı səbəbindən daha da çətinləşib.

“Xaricdə, xüsusən də qonşu ölkələrdə təbliğat işimiz üçün vasitələri sürətlə itiririk. Televiziya yayımları nisbi bir şeydir. Onları bir düyməyə basmaqla söndürmək olar. MDB-də və dünyada rəqabətin zirvəsində olan düşmən sosial şəbəkələrlə qarşılaşırıq. Biz bu məkanda işləmirik və bunu necə edəcəyimizi bilmirik. Biz Telegramla işləmirik. O halda mesajımızı hara çatdırmalıyıq? Bu haqda fikirləşməliyik”, - deyə o, Ali İqtisadiyyat Məktəbində keçirilən konfransda çıxışı zamanı bildirib.

Peskov və təmsil etdiyi hakimiyyət niyə narahatdır? Təbliğat vasitələrinin kəsərsizliyi deyərkən o, nəyi nəzərdə tutur? Moskvanın MDB ölkələrində nüfuzunu itirməsi təkcə “düşmən sosial şəbəkələrin” təbliğatınınmı nəticəsidir?

Əxlaqımızda

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, Peskovun narahatılığı əsassız deyil:

“Çünki Rusiyada faktiki olaraq dünyanın hər tərəfində əlçatan olan sosial media vasitələri əngəllənir. Bəzi bölgələrdə günlərlə internet əlçatmaz olur. Bu vəziyyətin səbəbkarı isə özləridir. Heç bir xarici dövlət onlara təcavüz etməyib. Apardıqları ədalətsiz Ukrayna müharibəsi Rusiyanı bu vəziyyətlə üz-üzə qoyub. Təbliğat vasitələrinin kəsərsizliyi deyəndə, əlbəttə ki, Rusiya sosial şəbəkələrin müxtəlif seqmentlərindən səmərəli istifadə edə bilmir. Nəticədə Rusiyanın qonşulundakı ölkələrlə, o cümlədən MDB üzvü olan ölkələrlə qlobal səviyyədə təbliğat istiqamətində işləmək mümkünsüz olur”.

Ekspertin sözlərinə görə, məsələnin başqa bir tərəfi də var ki, Moskvanın MDB respublikalarında nüfuzunun itirilməsində sosial şəbəkələrin ciddi bir rolu yoxdur:

“Rusiyanın özünün illərlə apardığı siyasət, MDB üzvü olan dövlətləri zaman-zaman sıxışdırmaq, onlara ən müxtəlif daxili problemlər yaratmaq siyasəti onun özünün ziyanına işləyib. Rusiya bu siyasəti ilə MDB respublikalarında nüfuzuna zərbə vurub, etimadı itirib. Bunun günahkarı sosial şəbəkələr deyil”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr