AZ

Özbəkistan Prezidentinin müşaviri: Yeni nəqliyyat dəhlizləri Mərkəzi Asiya və Qafqaz arasında əməkdaşlığı gücləndirəcək

Yeni nəqliyyat dəhlizləri regionlararası əməkdaşlığı gücləndirəcək.

APA xəbər verir ki, bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov deyib.

O bildirib ki, forum çərçivəsində müzakirə olunan ən vacib mövzulardan biri nəqliyyat dəhlizlərinin inkişafıdır. O, bu məsələnin xüsusilə Özbəkistan üçün əhəmiyyətini vurğulayıb.

"Hörmətli Azərbaycan Prezidenti orta dəhlizdən danışdı və bu barədə biz xüsusi paneldə çox müzakirələr apardıq", — Abdulaziz Kamilov bildirib.

O, əlavə edib ki, bu dəhliz iki böyük region arasında ciddi bir kanal rolunu oynayacaq və enerji ilə nəqliyyat dəhlizlərinin yaradılması və açılmasında xüsusi əhəmiyyət daşıyır:

"Bu dəhliz yalnız iqtisadi sahədə deyil, həm də mədəniyyət və humanitar əlaqələrin inkişafında böyük rol oynayacaq. Forum iştirakçıları da qeyd etdilər ki, yeni tendensiyalar region əməkdaşlığını daha da gücləndirir".

Kamilov vurğulayıb ki, bu təşəbbüslər Mərkəzi Asiya və Qafqaz arasında strateji əməkdaşlığı möhkəmləndirəcək və regional sabitliyin inkişafına töhfə verəcək.

Seçilən
23
1
apa.az

2Mənbələr