AZ

ABŞ nin İranla müharibədə itkiləri ARTIR

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ ordusu İraqın qərbində qəzaya uğrayan Hərbi Hava Qüvvələrinə məxsus yanacaq doldurma təyyarəsinin 4 ekipaj üzvünün ölümünü təsdiqləyib.

Modern.az CNN-ə istinadən xəbər verir ki, baş verən hadisənin düşmən hücumu və ya müttəfiq qüvvələrin səhv atəşi nəticəsində baş verdiyi barədə ehtimallar var.

Rəsmilərin sözlərinə görə, insident zamanı bölgədə ikinci bir ABŞ təyyarəsi də olub və hazırda hadisənin həmin təyyarə ilə bağlı mümkün texniki və ya uçuş insidenti nəticəsində baş verib-vermədiyi araşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl, ABŞ Mərkəzi Komandanlığı KC-135 Stratotanker gəmisindəki digər iki ekipaj üzvünün xilas edilməsi işlərnin davam etdirildiyini bildirmişdi.

Beləliklə, İranla qarşıdurma başlayandan bəri ölən ABŞ hərbçilərinin sayı 11-ə çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
modern.az

1Mənbələr