AZ

“Rəqib təcrübəlidir və səhvlərə yol vermir”

İngiltərənin "Kristal Pelas" klubunun baş məşqçisi Olivyer Qlasner Kiprin AEK komandası ilə keçirilən oyunu dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Rəqib təcrübəlidir və səhvlərə yol vermir. Onların futbolçuları oyunu yaxşı oxuyur, ötürmələrin və hava toplarının qarşısını vaxtında alırlar. Lazım olanda baş, ayaq və ya bədənlə müdaxilə edərək təhlükəni aradan qaldırırlar. Birinci hissədə qapıçı iki əla top qaytardı”.

Baş məşqçi əlavə edib ki, cavab qarşılaşmasında komandası qələbə qazanacağına ümid edir.

Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, cavab oyunu martın 19-da keçiriləcək və "Kristal Pelas" səfərdə meydana çıxacaq. Bu komandalar turnirin ümumi mərhələsində də üz-üzə gəlib və həmin görüşdə AEK 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
11
90deqiqe.az

1Mənbələr