Ofis mebelləri sahəsində tanınan ERZ Ofis Mebel şirkəti fəaliyyətini genişləndirərək yeni əməkdaşlıqlara imza atmağa davam edir. Şirkət bu istiqamətdə biznes əlaqələrini gücləndirərək ATUİAB şirkəti ilə rəsmi əməkdaşlığa başladığını elan edir.
Newscenter.az xəbər verir ki, bu tərəfdaşlıq müasir ofis mühitinin qurulması, keyfiyyətli mebel həllərinin təqdim edilməsi və regionda biznes əməkdaşlığının inkişafına töhfə verməyi hədəfləyir.
ERZ Ofis Mebel 2016-cı ildən etibarən fəaliyyət göstərərək müasir dizaynı, yüksək keyfiyyəti və rahatlığı ilə seçilən ofis mebellərinin istehsalı və satışı ilə məşğuldur. Şirkət ofislər üçün masa, kreslo, dolab və digər mebel həlləri təqdim edərək daha rahat, funksional və prestijli iş mühiti yaratmağa kömək edir.
2025-ci ildən etibarən ERZ Ofis Mebel fəaliyyətini genişləndirərək Özbəkistanın paytaxtı Daşkənd şəhərində də xidmət göstərməyə başlamışdır. Şirkət burada da müasir və keyfiyyətli ofis mebelləri ilə müştərilərə peşəkar həllər təqdim edir.
Yeni əməkdaşlıq çərçivəsində ERZ Ofis Mebel və ATUİAB şirkətləri birgə layihələr həyata keçirməyi, biznes mühitinin inkişafına dəstək verməyi və müasir ofis həllərini daha geniş auditoriyaya təqdim etməyi planlaşdırır. Bu tərəfdaşlıq hər iki qurum üçün yeni imkanlar yaradaraq regional əməkdaşlığın güclənməsinə töhfə verəcəkdir.
Süleyman