Bakı.Trend:
Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikllətörədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakışəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyikvadrisikl daş hasara çırpılıb.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)məlumat verilib.
Bildirilib ki,sürücü aldığı ağır xəsarətlərdən hadisə yerindəhəyatını itirib.
"Son dövrlər istirahət və turizm məkanlarında geniş istifadəedilən kvadrisikllərin istismarı zamanı təhlükəsizlik qaydalarınaəməl olunmaması ciddi narahatlıq doğurur. Belə ki, bu tip nəqliyyatvasitələrinin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarəolunması həyat və sağlamlıq üçün real təhlükə yaradır və bəzən dəölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.
Nəzərə alınmalıdır ki, kvadrisikl konstruktiv xüsusiyyətlərinəgörə sabitliyi məhdud olan nəqliyyat vasitəsidir və onunməsuliyyətsiz şəkildə idarə olunması sürücü üçün yüksək riskyaradır. Eyni zamanda xatırladılır ki, kvadrisikllərin ümumiistifadədə olan yollarda idarə edilməsi yalnız müvafiq sürücülükhüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki,adətən çətin relyef şəraitində, dağlıq ərazilərdə istifadə olunanbu növ nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlikqaydalarına ciddi əməl edilməsi, sürət həddinin və yol şəraitininnəzərə alınması, baş verə biləcək ağır yol-nəqliyyat hadisələrininqarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir", -BDYPİ-dən bildirilib.