AZ

Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. Yeddi gün davam edəcək yarışda Azərbaycan millisi iki idmançı ilə mübarizə aparacaq. Bu turnirdə Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə mübarizə aparacaqlar. Hər iki boksçu 60 kq çəki dərəcəsində döyüşəcək.

Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.

Seçilən
20
2
Ajans.az

3Mənbələr